Koronavirusdan ən çox zərər çəkən sahibkarlar logistika və turizm sektoru ilə məşğul olanlardır.
Bunu FED.az-a Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) mətbuat xidmətinin rəhbəri İlhamə Abdullayeva deyib.
Eləcə də bax: «Mağazalarda 1 həftədir satış «sıfırdır», gömrükdən güzəşt istəyirik» - İŞ ADAMI
Qurum sözçüsü bildirib ki, koronavirusun yayılması ilə əlaqədar dövlətin atdığı addımlardan sonra Konfederasiya da öz növbəsində tədbirlərə başlayıb:
“Sahibkarlar Konfederasiyasının 6 minə yaxın üzvü var. Araşdırma apardığımız sahələr arasında ən çox zərər çəkən sahibkarlar logistika və turizm sektoru ilə məşğul olanlardır. Logistika ilə bağlı çətinlik əsasən idxal əməliyyatlarındadır. Bir neçə gündür Rusiya ilə Azərbaycan sərhəddində yoxlamalar ciddiləşib və bu da yüklərin sərhəddən keçməsi vaxtının uzanmasına səbəb olub. Əvvəllər yüklər Rusiya sərhəddindən ölkə ərazisinə 3-4 gün ərzində daxil olurdusa, hazırda bu müddət 8-10 günə qədər uzanıb. Biz bu yoxlamaların tərəfdarıyıq. Məlumdur ki, Rusiyadan Azərbaycana daxil olan məhsulların arasında əsasən ərzaq məhulları üstünlük təşkil edir. Qida təhlükəsizliyi bir nömrəli məsələdir. Çünki xalqımızın təhlükəsizliyində qidanın payı xüsusidir".
Eləcə də bax: “Turizm və xidmət sahəsində sahibkarlar ciddi problemlə üzləşiblər”
İlhamə Abdullayeva dövlət sifarişi ilə işləyən tikinti şirkətlərinin də işlərində fasilələr yarandığını diqqətə çatdırıb:
İ.Abdullayeva qida emalı, ölkədaxili istehsal prosesində ciddi tənəzzülün olmadığını bildirir: