“Nazirlər Kabinetinin tədbirlər planı var. Orada da müxtəlif sahələr, istiqamətlər üzrə sahibkarlara yardımlar nəzərdə tutulub”.
Eləcə də bax: Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən - Maliyyə Dəstəyi Göstəriləcək - VİDEO
FED.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bunun üçün vəsaitlər də ayrılıb, proses gedir: “İqtisadiyyat Nazirliyi birbaşa bununla məşğuldur. Bu proses dayanmayıb, koronavirusdan zərər çəkmiş sahələr üzrə fəaliyyət göstərən biznesə yardımlar davam edir”.