Qətərin “Qatar Airways” aviaşirkəti koronavirus səbəbindən sərnişinlərin böhrandan əvvəlki dövrlə müqayisədə azalması ilə əlaqədar uçuşların 90%-ni dayandırmağı planlaşdırır.
Eləcə də bax: Bu şirkət 15 mindən çox işçisini ixtisar edir - KORONAVİRUSA GÖRƏ
FED.az bildirir ki, bunu Qətərdə yerləşən Həməd Beynəlxalq Hava Limanının əməliyyat fəaliyyəti üzrə direktoru Bədr əl-Mir deyib.
““Qatar Airways”in təyyarələrinin 75 %-i yerdədir və faiz nisbətində belə təyyarələrin sayı 90 %-dək artacaq, çünki bazar ertəsi verilən məlumatlar səyahətçilərin sayının böhrandan əvvəlki dövrlə müqayisədə 90 % azaldığını göstərdi. Qətər Beynəlxalq Hava Limanının müxtəlif şöbələrinin, o cümlədən hava limanının xidmət sahəsinin əməkdaşlarının 40 %-ə yaxın hissəsi müvəqqəti işləməyəcək, əsasən, onlar növbədənkənar məzuniyyətə gedəcəklər”, - aeroportun nümayəndəsi əlavə edib.
Bununla yanaşı, əl-Mir qeyd edib ki, Qətər aeroportu tamamilə bağlamayıb və öz aviaşirkətinin uçuşlarını dayandırmayıb, çünki təyyarələr vasitəsilə ölkəyə lazımi məhsulların, o cümlədən tibbi vasitələr çatdırılır.
Qafqazinfo