Cənubi Koreyanın aparıcı avtomobil istehsalçılarından olan «SsangYong» müflis olduğunu elan edib.
FED.az cəbər verir ki, şirkət kreditorlarına 149 milyon dollar borcludur.
Son bir neçə ildə zərərlə işləyən «SsangYong» şirkəti Seul məhkəməsində müflisləşmə barədə iddia qaldırıb. Hazırda avtomobil şirkətinin öz kreditorları qarşısında borcu 165 milyard koreya vonu və ya 149 milyon dollar təşkil edir.
Əslində «SsangYong» Koreyadan daha çox Hindistan şirkəti sayıla bilər. 2011-ci ildən etibarən «SsangYong»un səhmlərinin 74,65%-i Hindistanın «Mahindra & Mahindra» konqlomeratına məxsusdur.
Bu ilin yazında məlum oldu ki, koronavirus pandemiyasınını yaratdığı böhrana görə, «Mahindra» xərcləri azaldıb, üstəlik «SsangYong»a 423 milyon dollarlıq maliyyə dəstəyini də kəsib. Həmin vaxt avtomobil şirkətinə cəmi 32,3 milyon dollar ayırıb, tapşırdılar ki, alternativ maliyyə mənbəyi axtarsın. Amma bu baş tutmayıb.
2020-ci ilin ilk 11 ayının nəticələrinə görə, Koreyada «SsangYong»un yeni avtomobillərinin satışı 18 faiz azalaraq 79,4 min ədədə düşüb.