Sevindirən şəbəkəmiz olan “Kontakt Home” yanvarın 25-dən etibarən mağazalarının qapısını yenidən müştərilərinin üzünə açır. Üstəlik, sevdiyiniz “Gənclik”, “28 May”, “Sumqayıt 11” və “Neftçilər Smart” mağazaları da loft üslubunda tam yenilənərək müştərilərin xidmətinə tam hazırdır.
Eləcə də bax: "Kontakt Home"dan “4-4lük kampaniya” – 50%-DƏK ENDİRİMLƏR
Bol və fərqli çeşid, açılışa özəl xüsusi nağd və kredit təklifləri, maraqlı və əyləncəli brend zonaları, yəni, rahat alış-verişiniz üçün mağazalarda hər şey təmin olunub.
Rahatlıqdan əlavə, müştərilərin və personalın təhlükəsizliyi üçün hər zamankı kimi bütün zəruri tədbirlər görülür. Belə ki, mağaza personalı müştərilərə xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir, gündəlik olaraq temperaturu yoxlanılır, insanların sıx təmasda olduğu səthlər, vitrinlər mütəmadi olaraq təmizlənir. Həmçinin, mağaza və inzibati binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib. Bir sözlə, Kontakt Home-da könlünüz də rahatdır.
Sevindirən mağazanızın Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı və Qəbələ daxil olmaqla, ümumilikdə 27 mağazası fəaliyyət göstərir. Rəqəmsal texnika, böyük və kiçik məişət texnikası, mebel və tekstilin müxtəlif çeşidlərini canlı-canlı görüb almaq üçün sizə ən yaxın Kontakt Home mağazasına gəlin.
Mağazanın xidmətlərindən hələ də onlayn yararlanmaq istəyənlər elə evdən telefon və ya kompüterlə kontakt.az saytına daxil olub istədiyi məhsulu sifariş verə bilər. Sifarişlər hər zamankı kimi pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılır. Ödənişi həm onlayn, həm də qapıda nağd, bank və ya taksit kartları ilə edə bilərsiniz.
Xatırladaq ki, Kontakt Home Dyson, Electrolux, WAHL, Toshiba, Black&Decker, Hoffmann kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Karcher, H Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri, Apple brendinin rəsmi satış mərkəzidir.