Yayın rekord istiləri Bakıda kondisionerlərə tələbatı artırsa da, istilər düşdükcə tələb azalmağa doğru gedir. FED.az hazırda paytaxtın məişət texnikası satılan ticarət mərkəzlərində yayın sonlarına kondisionerlərin qiymətlərinin necə dəyşdiyi ilə bağlı araşdırma edib. Qeyd edək ki, kondisionerlər kredit və nəğd yollarla satılır.
“Optimal” – 899-1799 manat
Satışda, BOSCH, Carrier, TOSHIBA, VESTEL, Electrolux modelleri var.
İndiki qiymətlər , 20-30 m2 üçün 899 manat , 30-40 m2 üçün 999 manat, 50-60 m2 üçün 1 399 manat, 70-80 m2 üçün 1 799 manat-dan başlayır.
Əvvəlki qiymətlər, 20-30 m2 üçün 699 manat(200 manat artıb), 30-40 m2 üçün 799 manat(200 manat artıb), 50-60 m2 üçün 1 199 manat(200 manat artıb), 70-80 m2 üçün 1 499 manat(300 manat artıb) təşkil edib.
Kondisionerləri nağd və ya kreditlə almaq olar. Kredit şərtləri: İş yerindən arayış tələb edilir. Tək şəxsiyyət vəsiqəsi ilə 3,6 və 12 aya qədərdir. 3 aylıq 5%, 6 aylıq 10% və 12 aylıq 20% komisyon haqqı tutulur.
“İrşad electronics” – 799 – 1 499 manat
Satışda, Electrolux, MDV, Mitsubishi,Zanuussi modelleri var.
Hazırkı qiymətlər 30-35 m2 sahəsi olan kondisionerlər üçün 799 manat , 40-45 m2 üçün 949 manat, 60-70 m2 üçün 1169 manat, 80-90 m2 üçün 1 499 manat, 100 m2 1529 manat, 150-200 m2 2699 manat – dan başlayır.
Əvvəlki qiymətlər, 30-35 m2 sahəsi olan kondisionerlər üçün 639 manat(160 manat artıb), 40-45 m2 üçün 749 manat(200 manat artıb), 60-70 m2 üçün 1189 manat(20 manat düşüb), 80-90 m2 üçün 1 369 manat(130 manat artıb) olub.
Kondisionerləri nağd və ya kreditlə almaq olar. Kredit şərtləri: Özünün və digər 2 qohumunun evtelfonu olmalıdır. Kredit tək şəxsiyyət vəsiqəsi ilə 18 aya qədər, faizsizdir.
“Kontakt Home”- 560 – 2 699 manat
Satışda «Electrolux», «Gorenje», «HOFFMANN», «LG», «Mitsubishi» modelleri var.
İndiki qiymətlər , 20 m2 üçün 560 manat, 35-40 m2 üçün 699 manat, 50-60 m2 üçün 959 manat, 70-80 m2 üçün 1219 manatdan başlayır.
Əvvəlki qiymətlər , 35-40 m2 üçün 800 manat(101 manat düşüb), 50-60 m2 üçün 1200 manat(241 manat düşüb), 70-80 m2 üçün 1600 manat(381 manat düşüb) təşkil edib.
Kondisionerləri nağd və ya kreditlə almaq olar. Kredit şərtləri: Bakı, Sumqayıt və Abşeron qediyyatı və ev telfonu tələb edilir. Kredit tək şəxsiyyət vəsiqəsi ilə 3 aydan 24 aya qədər verlir və ilkin ödənişsizdir.
“Samsung” Sədərəkdə ucuzlaşma var
İndiki qiymətlər , 40-45 m2, 630 manat, 60-70 m2, 930 manat-dan başlayır.
Əvvəlki qiymətlər, 40-45 m2, 650 manat(manat düşüb), 60-70 m2,1100 manat(170 manat düşüb) olub.
Qeyd edək ki, kondisionerləri əvvəl ancaq nağd almaq olurdu, indi kreditlə də almaq mümkündür. Kredit 36 aya qədər olur və məhsulun 2% üzərinə gəlinir.
“Magnit”də bahalaşma davam edir
Satışda, Galanz, Mitsubişi və digər modeli var. Ən ucuz model sırası Galanz-dır.
Bu modelin indiki qiyməti, 30-35 m2 üçün 799 manat, 40-45 m2 üçün 999 manat, 60-70 m2 üçün 855 manat, 80-90 m2 üçün 1110 manatdır.
əvvəlki qiyməti, 30-35 m2 üçün 535 manat9(264 manat artıb), 40-45 m2 üçün 599 manat(400 manat artıb), 60-70 m2 üçün 855 manat, 80-90 m2 üçün 1110 manatdır.
Kondisionerlərin qiymətləri yüksəlib – YENİ QİYMƏTLƏR
14:52
27 Avq 2018