Kompüter və avadanlıq satışı ilə məşğul olan "Technomap" MMC ləğv olunur.
FED.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Xatırladaq ki, "Technomap" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb, şirkət 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Zaur Nuruyev Şirin oğludur.