Son illər dünyada sürətlə populyarlaşan kompüter oyunları gəlirinə görə kinoprokatı geridə qoyub. FED.az xarici mətbuata istinadən xəbər verir ki, kompüter, konsol və mobil oyunlar artıq neçə vaxtdır ki, investorlara filmlərdən daha böyük gəlir gətirməyə başlayıb.
Aprel ayında bütün dünyada filmlər üzrə kassa yığımları $1,1 mlrd təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 118% çoxdur. Artımın əsas səbəbi ekranlara "Avengers: Sonsuzluğun Müharibəsi" filminin çıxmasıdır. Aprel ayında bu film təkcə 4 günə $282 mln gəlir gətirib.
Amma həmin ay oyun sənayesinin gəliri 9 mlrd təşkil edib. Bu məbləğ PC-lərdə, konsollarda və mobil qurğularda qazanılmış pulları əhatə edir və bu, 2017-ci ilin aprel ( 7 mlrd) ayından 23% çoxdur. Şübhəsiz ki, God of war-un satışları qismən bu qədər gəlir artımına təsir göstərmişdi. Bu oyun populyarlığına görə, bütün rekordları qırdı. Həmçinin, Fortnite-ın də oyun sənayesinə böyük uğur gətirən fenomenal uğurunu da unutmaq olmaz.