FED.az xəbər verir ki, Sentyabrın 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib.
Türkiyəyə təhsilə gedən azərbaycanlı qız - ÖZÜNƏ ŞİRKƏT QURDU
“Hyatt Regency Baku” otelində baş tutan görüşdə «Caspian European Club» sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, son illər bir çox Azərbaycan şirkətləri fəal şəkildə xaricdə öz nümayəndəliklərini, idarə və müştərək müəssisələrini yaradırlar: «Beləliklə, xaricdə Azərbaycan diasporu təmsilçilərinin yeni nəsli formalaşır. Onlar Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqələrin yaradılmasında maraqlıdırlar».
Komitə sədri Fuad Muradov isə bildirib ki, Azərbaycan şirkətlərinin xaricdə nümayəndəliklərinin yaradılması diasporun işinə və Azərbaycanın xaricdə təbliğinə təkan verə bilər: «Eyni zamanda, bizim diaspor təşkilatları da nümayəndəliklərə öz dəstəyini göstərə bilər. Yəni ümumilikdə bu işlər xaricdə ölkəmizin maraqlarının daha etibarlı şəkildə qorunmasına və Azərbaycan diasporunun inkişafına kömək edər».
Komitə sədri, eyni zamanda, qarşıya qoyulmuş vəzifələr və perspektivlər barədə də öz fikirlərini bölüşüb.
«CEO Lunch Baku»nun iştirakçıları qeyri-formal şəraitdə müxtəlif mövzuları müzarirə ediblər və onları maraqlandıran suallara cavab almaq imkanı qazanıblar. Komitə sədrinə “Caspian European Club”ın fəxri üzvünün sertifikatı təqdim olunub.