İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesim İnkişafı Agentliyinin (KOBİA) "yaşıl" biznes layihələrinin dəstəklənməsi və təşviq edilməsi üçün olan qrant proqramı çərçivəsində ümumi büdcəsi 200 min manat olan 11 layihə maliyyələşdirilib.
"Biznesin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir"
FED.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədrinin müavini Rüfət Atakişiyev "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, artıq bu qrantdan bur neçə startap da yararlanıb:
"Həmin startaplar bizdən sertifikat da alıblar. Sertifikatlar da 3 il ərzində innovasiya fəaliyyətini gəlir vergisindən azad edilməsi kimi üstünlük də verir. Bu startaplar ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir". (Report)