Qətər Dövlətinin ət, süd və süd məhsullarına olan tələbatını 95%-ini təmin edən "Baladna Food Industries" şirkətinin nümayəndələri ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) görüş keçirilib.
Eləcə də bax: KOBİA və "Ukraine Invest" Memorandum - İMZALADI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və "Baladna Food Industries"in icraçı direktoru Ramez Al-Khayyat arasında təşkil olunmuş görüşdə qarşılıqlı olaraq KOBİA-nın dəstək və xidmətləri və Qətər şirkətinin fəaliyyəti barədə məlumat verilib.
Görüşdə eləcə də əməkdaşlıq imkanlarına və Azərbaycanda KOB-ların iştirakı ilə oxşar layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.