Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta biznes subyektləri və startaplar üçün peşəkar təlimçiləri əməkdaşlığa dəvət edir.
KOBİA-dan FED.az-a bildirilib ki, təlim maliyyə hesabatlarının hazırlanması və təhlili; korporativ idarəetmə; satış, marketinq və satışdan sonrakı xidmətlər; təşkilatdaxili və fərdi davranışın əsasları, idarəetmə psixologiyası; motivasiya-həvəsləndirmə və mükafatlandırma; innovativ layihələrin ilkin hazırlıq və yaradılması prosesində məsləhət; biznes modelin və biznes planın işlənib hazırlanması; ilkin maliyyələşmə mənbələrinə çıxış imkanları mövzularını əhatə etməlidir.
Maraqlananlar KOBİA-ya müraciət edə bilərlər.
Azərtac