Bu ilin sonunadək İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunacaq özəl İnvestisiya Fondu fəaliyyətə başlayacaq.
Eləcə də bax: “Binə” və “Sədərək”də mallar sənədsiz satılırdı - VERGİLƏR NAZİRLİYİ
FED.az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes forumunda KOBİA-nın İdarə Heyətinin sədr müavini Mehman Abbas bildirib.
Onun sözlərinə görə, hazırda yeni maliyyə mexanizmləri formalaşdırılır: "Fondda xarici şirkətlərin, fondların iştirakı arzu ediləndir".
Xatırladaq ki, KOBİA Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanına əsasən yaradılıb.