İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Mikayıl Cabbarov Özbəkistandadır - İnvestisiya Fondu Yaradılacaq - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə KOBİA-nın sədri Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.
"Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında KOB-lar üçün birgə təlim proqramları, sahibkarlıq subyektlərinin inkişafı üzrə tədbirlərin icrasına dair Anlaşma Memorandumunu imzaladıq", - O.Məmmədov qeyd edib.