İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC-nin nizamnamə kapitalı 1,6 milyon manat və yaxud 55,2 % artırılıb.
Eləcə də bax: "Spark" “Gilan”ın daha bir şirkətini - SATIN ALDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, şirkətin kapitalı 2,9 milyon manatdan 4,5 milyon manata çatdırılıb.
Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.