Naxçıvanda İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ofisi yaradılıb.
Naxçıvan Baş Gömrük İdarəsi - YARADILACAQ
FED.az xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində KOBİA və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə sahibkarlarla keçirilən görüşdə qeyd olunub.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, NAR-ın iqtisadiyyat naziri Tapdıq Əliyev, agentlik, nazirlik əməkdaşları, sahibkarlar iştirak ediblər.
Tədbir çərçivəsində KOBİA-nın Naxçıvanda ofisinin yaradılması ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.