Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycana xarici biznesin cəlb olunmasında maraqlıdır və zəruri köməyi göstərməyə hazırdır.
Eləcə də bax: Azərbaycan və Rusiya arasında yeni sənədlər - İMZALANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.
O.Məmmədov Rusiya Federasiyasının regionları ilə işgüzar əlaqələrin inkişaf etdiyini, Udmurtiya ilə də əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün potensialın olduğunu bildirib,
"Bu cür tədbirin keçirilməsi Azərbaycanla Udmurtiya arasında əməkdaşlıq üçün geniş spektrli istiqamətlərin olmasını nümayiş etdirir və ikitərəfli təşəbbüslərin reallaşdırılması üçün perspektiv sahələrin operativ müəyyənləşdirilməsinə kömək edir. Agentliyimiz Rusiyanın profil strukturları ilə dövlət müəssisələri, eləcə də birbaşa biznes ictimaiyyəti səviyyəsində əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir", - deyə o bildirib.