Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Azərbaycan Gənclər Fondu" və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
FED.az xəbər verir ki, memorandumu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və İctimai Birliyin sədri Xalid İldırımzadə imzalayıblar.
Eləcə də bax: KOBİA daha bir bankla - ƏMƏKDAŞLIQ EDƏCƏK
İmzalanma mərasimi bu gün Bakıda keçirilən Gənc Sahibkarların I Forumu çərçivəsində baş tutub.