İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Çexiyanın "A-Z Czech Engineering" şirkəti arasında alternativ enerji üzrə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
10 ölkəyə məhsul ixrac edən “Avrora Qrup”da - KOBİA RƏHBƏRLİYİ İLƏ GÖRÜŞ
FED.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov özünün tviter hesabında yazıb.
Protokolu O.Məmmədov Çexiya şirkətinin təsisçisi Milan Pavliçek ilə imzalayıb.
Qeyd olunub ki, sənədin müvafiq sahədə maraqlı tərəflərin əlaqələndirilməsi, bu sahəyə investisiyaların cəlbi üçün faydalı olacaq.