"Hazırda həyata keçirilən islahatların mühüm cəhəti onların dövlət-sahibkar əməkdaşlıq platformalarında realllaşdırılmasıdır. Agentlik tərəfindən hazırda yaradılmaqda olan Kiçik və orta biznesin dostları şəbəkəsi cənab Prezidentin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun həyata keçirilən mühüm layihələrimizdəndir". FED.az xəbər verir ki, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov bu gün təşkil olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, artıq 13 inzibati ərazi vahidində Kiçik və orta biznesin dostu fəaliyyətə başlamış və yaxın müddət ərzində ölkəmizin digər inzibati ərazi vahidlərini də əhatə edəcəkdir.
"Agentliyin digər mühüm layihəsi olan KOB Evlərinin yaradılması üzrə işlər aparılır. KOB Evlərinin yaradılması ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə böyüyəcəkdir. Bu Evlərdə bir tərəfdən sahibkarlara verilən bütün icazələrin vahid məkan prinsipi əsasında şəffaf, operativ şəkildə verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsalyı dəstək tədbirləri ilə əhatə olunacaqdır. İlk KOB Evinin Bakı şəhərində tezliklə sahibkarların istifadəsinə verilməsi planlaşdırılı" - deyə Orxan Məmmədov bildirib.
Qeyd edək ki, tədbirdə Bakı şəhərində yaradılmaqda olan və bu il istifadəyə verilməsi nəzərdə tutulan, sahibkarlara vahid məkanda xidmətlər göstərəcək “Kiçik və orta biznes evi”nin (KOB evi) təqdimatı keçirilib
"KOB evləri vasitəsilə sahibkarlar çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaqlar"
14:09
4 İyun 2019