2013-cü ildə fəaliyyətə başlayan “Kitabevim.az” mağazalar şəbəkəsi fəaliyyətini dayandırır.
FED.az məlumat verir ki, bu barədə Kulis.az-a açıqlama verən “Kitabevim.az” mağazalar şəbəkəsinin direktoru Emin Sadıqov bildirib ki, mağazanın daxili xərclərinin çox olması, yükək satışın həyata keçirilməməsi səbəbindən belə bir qərar verilib:
Eləcə də bax: "LİBRAFF"dan iki mağazasının bağlanması ilə bağlı - AÇIQLAMA
“Yüksək satış olmadığı üçün mağazanın fəaliyyətini dayandırmağa qərar verdik. Keçən il də "Əhmədli" metrostansiyası yaxınlığındakı mağazanı bağlamışdıq. Metronun “28 May” stansiyası yaxınlığındakı mağaza isə hazırda dotasiya ilə fəaliyyət göstərir. Vəziyyət belə davam edərsə, o mağazanı da bağlayacağıq. Fəaliyyət göstərdiyi dövrdən bəri mağazanın xeyirdən çox ziyanı olub. Satışın az, icarə xərclərinin çox olması mağazanın fəaliyyət göstərməsinə mane olur.”