Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər.
ELƏCƏ DƏ BAX: Sadələşdirilmiş vergi bəyannaməsinin tərtib qaydası – TƏSDİQLƏNDİ
FED.az-ın məlumatına görə, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi də 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.
Mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azaddır.
İqtisadçı Anar Bayramov deyir ki, tutaq ki, KOB klaster şirkəti olan "AA" MMC-nin yanvar ayında 30 min manatlıq dövriyyəsi olsa da, 20 min manatlıq fəaliyyət emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üzrə əməliyyatlara aid olub. "AA2 MMC 10.000 (30.000 manat – 20.000 manat) manatlıq əməliyyatlar üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 18 faiz ƏDV-ni qarşı tərəfə ödəyir, qanunvericiliyin güzəşt tələblərinə uyğun həyata keçirilən 20.000 manatlıq fəaliyyət isə ƏDV-yə cəlb edilmir.
Kiçik və orta şirkətlərə güzəştlər belə hesablanacaq – NÜMUNƏ
21:23
14 Yan 2019