Bu gün Masallı Sənaye Məhəlləsində "Kiçik və orta biznesin dostu" (KOB) xidmətinin təqdimatı keçirilib.
FED.az xəbər verir ki, təqdimatda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ölkədə yaradılması nəzərdə tutulmiş KOB evləri Azərbaycanın brendinə çevriləcək.
“İlk KOB evlərinin Bakıda yaradılması nəzərdə tutulub. Bu evlərdə sahibkarlara bir sıra istiqamətlərdə dəstək göstəriləcək. Planlarımızı iş adamları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində həyata keçirmək niyyətindəyik”, - o qeyd edib.
***
Agentliyin sədr müavini Natiq Həsənov isə bildirib ki, Masallıdakı KOB mərkəzinə 20-yə yaxın investisiya layihəsi təqdim olunub.
O həmçinin deyib ki, respublika üzrə 10 iqtisadi rayonda ümumilikdə 60 KOB evi yaradılacaq.
"Sahibkarlar arasında sorğu və monitorinqlər həyata keçiriləcək. İş adamlarının problemləri dinlənilərək onların həllinə kömək olunacaq, sahibkarlara operativ şəkildə cavab veriləcək", - deyə sədr müavini qeyd edib.