“KFC” və “Pizza Hut” Rusiyaya investisiyaları dayandırdığını açıqlayıb.
Eləcə də bax: Rusiyada ərzaq mallarının satışına məhdudiyyət qoyulur - LİMİTLƏ SATILACAQ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Amerika korporasiyası ölkədə restoran şəbəkəsinin inkişafını dondurduğunu bildirib.
“Dünyada bir çoxları kimi, biz də Ukraynada baş verən faciəli hadisələrdən sarsılmışıq”, – mesajda vurğulanır.
Qeyd edək ki, Rusiyada 1000-dən çox “KFC” və 50-dən çox “Pizza Hut” restoranı fəaliyyət göstərir.
Daha əvvəl “Danone” şirkəti də Rusiyada investisiya layihələrini dayandırdığını açıqlayıb.