Tələb olunan iş Bacarığı:
- İş metodunun, keyfiyyətə nəzarət proseduralarının hazırlanması, sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması, obyektdə yerinə yetirilən hər bir iş üzrə yoxlama vərəqlərinin hazırlanması, yoxlanması və qeydlərin aparılması, gündəlik yerinə yetirilmiş işlər, işçilərin sayı, işin aparıldığı ərazi göstərilməklə gündəlik hesabatların nazırlanması və yayımlanması, üstü örtülən işlərin aktlarının iş içraçısı tərəfindən hazırlanmasına, doldurulmasına və maraqlı tərəflər arasında imzalanmasına, möhürlənməsinə nəzarət və bu aktların saxlanması üçün KN departamentinə verilməsinə cavabdeh olmalıdır.
- Sahədə işlərin layihəyə uyğunluğunu yoxlamalı, yerinə yetirilmiş işlərin İnşaat Norma və Qaydalarının normalarına uyğunluğu barədə hesabat verməlidir.
Tələb olunan təhsil və biliklər:
- Ali təhsil
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Azərbaycan və İngilis dilləri əla səviyyədə bilməli;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45 AZN
- Əmək haqqı 800-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.