Gələn aydan “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində söküntü işlərinə başlanılacaq.
“Keşlə bazarı”nda söküntü təxirə salındı - Rəsmi
FED.az xəbər verir ki, bazardakı satıcıların verdiyi məlumata əsasən, onlar üçün Dərnəgül qəsəbəsində yerləşən “Eurohome” tikinti malları bazarında yer ayrılıb.
Onların sözlərinə görə, fevralın 1-nə qədər bazar boşaldılmalıdır. Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır. Hazırda “Eurohome” ərazisində tikintisi prosesi gedir.
Satıcıların bəziləri onlar üçün ayrılan yerdən razılıq etsələr də, sözügedən ünvanın uzaq olduğunu əsas gətirib alış-verişin yaxşı getməyəcəyini düşünənlər də var: “Bizə bayrama qədər vaxt verilsəydi, yaxşı olardı. Hazırda orada tikinti gedir. Bu boyda bazar oraya necə yerləşəcək?!"
Digər satıcı isə ərazinin əhalinin istifadəsi üçün uyğun olmadığını bildirib: “Dəmir-dümürün içidir, kim gələcək ora? Yol da uzaqdır, özü də tıxaclı yerdir…”
Satıcıların sözlərinə görə, ticarət mərkəzinin köçürüləcəyi ərazi “Yeni Keşlə bazarı” adlandırılacaq.