Ləğv prosesində olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar Agentliyinin İdarə Heyətinin keçmiş sədri Tural Kərimli Böyük Britaniyanın paytaxtı Londonda biznes fəaliyyətinə başlayıb.
Rusiyada biznesi olan iş adamı Azərbaycanda – İLK BELƏ ZAVOD AÇIR - 5,7 MİLYON MANAT SƏRMAYƏ
FED.az xəbər verir ki, o, “Isra Capital” adlı şirkətini dövlət qeydiyyatından keçirib.
Keçmiş məmur hazırda həmin şirkətin həm təsisçisi, həm də Baş İcraçı Direktoru (CEO) kimi fəaliyyət göstərir.
Xatırladaq ki, T.Kərimli 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Yüksək Texnologiyalar Parkı” MMC-yə, daha sonra isə İnnovasiyalar Agentliyinə rəhbərlik edib. Ötən ilin oktyabr ayında Agentlik ləğv edilib. (Report)