Keçmiş bankir, 69 yaşlı Heydər İbrahimov Azərbaycanda dörd şirkət təsis edib. Adlarına əsasən, onlar investisiya, tibb, konsaltinq və s. sahələrdə çalışacaq.
FED.az xəbər verir ki, Vergilər Nazirliyi eyni adlı 4 şirkəti dövlət qeydiyyatına alıb. Söhbət “Abrar Consulting”, “Abrar Med" və “Abrar Investment” MMC-lərdən, eləcə də onları bir çətir altında birləşdirəcək “Abrar Group” MMC-dən gedir.
Eləcə də bax: AMCHAM: «Banklarda kredit verməyə pul azdır», Bank: «Pul var, sahibkarlar götürmür»
Bunlardan sonuncunun nizamnamə kapitalı 2 000 manat, digər 3 şirkətin nizamnamə kapitalı isə 1 000 manatdır. Onlar eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 44/46-da qeydiyyatdan keçib. 4 kommersiya qurumunun hamısının qanuni təmsilçisi Heydər Rza oğlu İbrahimovdur.
Xatırladaq ki, H.İbrahimov keçmiş bankirdir. O, 1988-ci ildə Bakıda “Universal Bank”ı təsis edib. Bu maliyyə qurumu 2001-ci ildə adını “Kövsər Bank”a, 2014-cü ildə isə “Synergy Group”a satılması ilə əlaqədar adını “Caspian Development Bank”a dəyişib, 2017-ci ildə isə “Atabank” ASC-yə birləşib. Yeri gəlmişkən, yeni şirkətlərin hüquqi ünvanı vaxtilə "Kövsər Bank"ın baş ofisinin yerləşdiyi ünvanla eynidir.
Eləcə də bax: İqtisadiyyat da, maaşlar da «ağarmağa başlayıb» - VERGİLƏR NAZİNİN MÜŞAVİRİ - MÜSAHİBƏ
Eləcə də bax: Azərbaycanda bank əməkdaşlarına mükafatlar belə veriləcək – YENİ QAYDALAR, ŞƏRTLƏR
Eləcə də bax: Azərbaycanda 2 manat kapitalla - YAXTA GƏZİNTİ ŞİRKƏTİ YARADILDI
Mənbə: Report