2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib.
FED.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
Eləcə də bax: Prokurorluq tikinti şirkətlərinə - XƏBƏRDARLIQ EDİB
O bildirib ki, uzun müddət bu sahə nəzarətdən kənarda qalıb: "Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəyə təyin edildikdən sonra bu məsələ nəzarətə götürülüb. Nazirlikdən göndərilən material əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində 21 cinayət işi məhkəməyə göndərilib. 21 milyondan artıq ziyanın vurulması müəyyən edilib. 10 milyon 500 mindən artıq vəsaitin dövlət hesabına ödənilməsi təmin edilib".
Kamran Əliyev qeyd edib ki, həmin cinayət işləri ilə bağlı 1 milyon 250 min manatdan artıq əmlaka həbs qoyulub.
İdarə rəisi deyib ki, bununla yanaşı, əhəng daşı karxanaları ilə bağlı idarədə 7 cinayət işi üzrə 844 min manat dəymiş ziyan müəyyən edilib.