2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 78 milyon 897 min dollar dəyərində 269 min 464 ton azot gübrəsi (karbamid) ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 38 milyon 756 min dollar və ya 96,5%, miqdar ifadəsilə isə 57 min 702 ton, başqa sözlə 27,3% artıb.
2024-cü ildə isə Azərbaycandan 40 milyon 141 min dollar dəyərində 211 min 763 ton azot gübrəsi ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi azot gübrəsinin 1 tonunun orta ixrac qiyməti 292,8 dollar (497,8 manat) olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 189,6 dollar (322,3 manat) idi. Bu da illik müqayisədə 103,2 dollar və ya 54,4% artım deməkdir.
Bu il ümumi ixracın 0,72%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,61%-i azot gübrəsinin payına düşüb.