2023-cü ilin oktyabr ayında 18,3 milyon dollar dəyərində karbamid ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin oktyabr ayı ilə müqayisədə 5,2 milyon dollar 39,7% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 13,1 milyon dollar dəyərində karbamid ixrac edilib.