102 illik tekstil və moda markası "Çift Geyik Karaca" konkordat elan edib.
FED.az xəbər verir ki, Türkiyədə 750-yə yaxın əməkdaşı, 200-ə yaxın satış nöqtəsi olan "Çift Geyik Karaca", konkordata əsas olaraq likvidlik çatışmazlığını, valyuta məzənnəsindəki artımı və yüksək faizi göstərib.
Konkordato bir razılaşmadır. Konkordat elan edən şirkət məhkəməyə müraciət edir. Məhkəmənin qərarı və borc verənlərin razılığı ilə borclu borcunu bir plana görə geri qaytarır. Yəni, borclu şirkətə borcunu qaytarması üçün möhlət verilir. Möhlətin verilməsi üçün borc verənlərin razılığı lazımdır. Əgər kreditorları, borcların daha uzun müddətə və ya güzəştlə ödənilməsinə razı olsalar "Karaca" iflasdan xilas ola bilər.