“Yeni BEMZ” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdə duran məsələlərə Səhmdar Cəmiyyətin 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı; Müşahidə şurası (Direktorlar şurası), İcra orqanı və Təftiş komissiyasının formalaşdırılması; digər məsələlər daxildir. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Səhmdarlarının ümumi yığıncağı 27 dekabr 2020-ci il, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Köndələn küç.3 ünvanında keçiriləcək.