"Kapital Bank" ASC səhmlərini satışdan çıxaracaq.
FED.az xəbər verir ki, 30 noyabr 2018-ci il saat 11.00-da “Kapital Bank” ASC-nin baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (Bakı, M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. İmtiyazlı səhmlərin delistinqi.
2. Digər məsələlər.
Xatırladaq ki, bu ilin sentyabrın 24-də Bakı Fond Birjasında (BFB) «Kapital Bank»ın səhmləri üzrə insayder əqdi bağlanmışdı.
Burada, «Kapitalbank»ın nizamnamə kapitalının artırılması məqsədilə səhmdarlara təklif olunan imtiyazlı səhmlər satılmışdı.
Əqdə uyğun olaraq «Kapital Bank»ın hər birinin qiyməti 12,39 manat olan 1 milyon 614 min 205 səhmi satılmışdı.
Əqdin ümumi məbləği 19 milyon 999 min 995 manat olmuşdu.
Bu əqddən sonra «Kapital Bank»ın «Paşa Holdinq»ə məxsus olan səhmlərinin sayı 16 milyon 592 min 917 olub.
“Kapital Bank”ın səhmləri satışdan çıxarılacaq
10:41
3 Noy 2018