2025-ci ilin iyun ayında Azərbaycanın çiyələk ixracından əldə etdiyi gəlir əhəmiyyətli dərəcədə artıb. Ötən ay ərzində xaricə 14,5 milyon ABŞ dolları dəyərində çiyələk göndərilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda məlumat verilib.
Bu rəqəm 2024-cü ilin iyun ayı ilə müqayisədə 4,9 milyon dollar və ya 51% çoxdur. Ötən ilin müvafiq ayında ölkədən 9,6 milyon dollar dəyərində çiyələk ixrac edilmişdi. Bu artım mövsümi məhsullara olan tələbatın yüksək olduğunu göstərir.