“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar-fevral aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
FED.az jurnalın aprel sayına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-mart ayları üzrə hazırlanmış dövlət şirkətlərinin siyahısında siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Şirkət üç ay ərzində 89,2 milyon manatlıq məhsul ixrac edib.
“SOCAR Polymer” MMC 56,4 milyon manat göstərici ilə ikinci, “Azərenerji” ATSC 40,3 milyon manatla üçüncü pillədə qərarlaşıb,
Siyahının digər pillələrində isə aşağıdakı şirkətlər yeralıb: “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti MMC, “Azərbaycan Dəmir Yolları” QSC.
qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “My Fruit” MMC, “Technopack” MMC, “Mors Trading” MMC, “Baku Steel Company” QSC, “Soil Boons” MMC, “Khan-El” MMC, “Atena” MMC.