Ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə bəzi qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım, bəzilərində isə azalma müşahidə olunub.
İxrac gəlirləri ən çox artan özəl şirkətlər – TAM SİYAHI, MÜQAYİSƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilib.
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkətlər "SOCAR CAPE" MMC və "Naxçıvan Enerji" MMC olub. Bu şirkətlər birinci rübdə müvafiq olaraq 430 min ABŞ dolları və 230 min ABŞ dolları ixrac gəliri əldə edib. 2025-ci ilin birinci rübündə şirkətlərin ixrac gəliri olmayıb.
Məbləğ ifadəsində ixrac gəlirlərini ən çox artıran şirkət isə “AzerGold" QSC olub. Şirkətin ixrac gəlirləri ötən ilin birinci rübünə nəzərən 9,9 milyon ABŞ dolları (23,6%) artaraq 51,8 milyon ABŞ dollarına çatıb.
İxrac gəlirləri azalan dövlət şirkətləri isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR/ARDNŞ) törəmə şirkətləri olub. Belə ki, “SOCAR Polymer" MMC-nin ixrac gəlirləri 2 milyon ABŞ dollar (3,4%), ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 69,7 milyon ABŞ dolları (3 dəfə), ARDNŞ-nın Qaz İxrac İdarəsinin ixrac gəlirləri 20,2 milyon ABŞ dolları (8,2 dəfə) azalıb.
Qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəliri daha ətraflı:
|
S/N |
Şirkətin adı |
İxrac gəlirləri 2025-ci ilin birinci rübü (Min ABŞ dolları) |
İxrac gəlirləri 2025-ci ilin birinci rübü (Min ABŞ dolları) |
İxrac gəlirlərinin dinamikas |
|
|
Mütləq |
% |
||||
|
1 |
"SOCAR CAPE" MMC |
0 |
430 |
430 |
100% |
|
2 |
"Naxçıvan Enerji" MMC |
0 |
230 |
230 |
100% |
|
3 |
"AZƏRENERJİ" ATSC |
1 000 |
2 000 |
1 000 |
2 dəfə |
|
4 |
“AzerGold" QSC |
41 900 |
51 800 |
9 900 |
23,60% |
|
5 |
“Azərpambıq Aqrar |
9 500 |
11 700 |
2 200 |
23,20% |
|
6 |
“Azərbaycan Hava |
3 800 |
4 500 |
700 |
18,40% |
|
7 |
“Azəralüminium" MMC |
39 600 |
42 900 |
3 300 |
8,30% |
|
8 |
“SOCAR Polymer" MMC |
59 000 |
57 000 |
- 2 000 |
-3,40% |
|
9 |
ARDNŞ-nın Marketinq |
105 000 |
35 300 |
-69 700 |
-3 dəfə |
|
10 |
ARDNŞ-nın Qaz İxrac İdarəsi |
23 000 |
2 800 |
-20 200 |
-8,2 dəfə |














