Dünyada bahalı aksessuarlar «bumu» başa çatmaqdadır.
Zavod qiyməti 3000 dollar, mağaza qiyməti 7500 dollardır - İsveçrə saatlarının - SATIŞI REKORD VURUB
FED.az xəbər verir ki, «Bloomberg»in məlumatına görə, dünyada lüks brendlərdən İsveçrə saatlarına tələbat azalır.
Xatırladaq ki, lüks mallara, o cümlədən İsveçrə saatlarına maraq COVID-19 pandemiyası dövründən bəri 3 ildir ki, artırdı. İndi isə vəziyyətin dəyişməsinə səbəblərdən biri «aqressiv qiymət artımları»dır.
«2021 və 2022-ci illərdə gördüyümüz vəziyyət normadan artıq idi. Bunu həyatımızda yaşayacağımızı ağlımıza belə gətirə bilməzdik. Düşünürəm ki, biz bunu bir daha görməyəcəyik» -deyə «Audemars Piguet»in baş direktoru Fransua-Henri Bennahmias bildirib.
Varlı istehlakçılar, məhdudiyyətlərə görə evdə qalmaq məcburiyyətində qaldıqları COVID-19 pandemiyasının başlanğıcında «Audemars Piguet», «Rolex» və digər lüks brendlərin saatlarına maraq göstərdilər. Beləliklə, 2022-ci ildə İsveçrə saatlarının ixrac həcmi 28,5 milyard dollara çataraq rekord vurub.
Amma son bir neçə ayda bu məhsullara tələbat kəskin şəkildə azalıb. Bloomberg yazır ki, buna təkcə qiymət artımı deyil, həm də yüksək faiz dərəcələri və qeyri-sabit iqtisadi canlanma təsir göstərə bilər.