Amerikanın dünyada məşhur iş jurnalı Forbes-in məlumatına görə, 2024-cü ilin ikinci rübündə İsveçrənin ikinci əl lüks saat bazarında rüblük 2,1 faiz azalma olub.
İsveçrə saatlarına maraq - SÜRƏTLƏ AZALIR
FED.az xəbər verir ki, 2022-ci ilin ikinci rübündən bəri ardıcıl doqquzuncu rübdür qiymətlərdə eniş yaşayan bazarda "WatchCharts General Market Index"in illik performansı 9,4% azalıb, ən çox tanınan üç marka dəyər itirib. Müvafiq olaraq, Rolex 7,1 faiz, Patek Philippe 10,6 faiz və Audemars Piguet 12,4 faiz ucuzlaşıb.
İkinci əl bazarındakı ucuzlaşma demək olar ki, bütün markalara mənfi təsir etsə də, xüsusən də məhsullarının orta bazar qiyməti 3 min dollardan yuxarı olan heç bir marka 2024-cü ilin ikinci rübündə müsbət performans göstərməyib.
Morgan Stanley bildirib ki, "uzun müddət ərzində modellərin əksəriyyəti üçün ikinci əl bazarında pərakəndə satış qiymətlərinə yaxın və ya aşağı qiymətlərlə ticarət oluna bilər".
Bu gün "Big Three" (Rolex, Patek Philippe və Audemars Piguet) brendlərinin mövcud istehsal modellərinin 50 faizipərakəndə satış qiymətlərindən yuxarı satılır.
İkinci əl bazarında satış müddəti təxminən 4 dəfə artıb
2024-cü ilin birinci yarısında ikinci əl Rolex saatlarının satılması orta hesabla 67 gün çəkib. Bu müddət 2021-ci ildə 18 gün idi. Patek Philippe-də bu müddət 67 gündən 173 günə, Audemars Piguet-də isə 46 gündən 166 günə yüksəldi. (Marja)