İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək istəyən minlərlə sahibkar KOBİA-ya müraciət edib. Bu müraciətlər sahibkar marağının ölçüsünü və bazarın gözləntisini əks etdirir.
Qarabağda Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələrin dəyəri ümumən 5 milyard dollardır
FED.az xəbər verir ki, bu sözləri Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən keçirilən "Suveren Azərbaycan - Biznesdə yeni cığır" adlı konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, bu gün sahibkar artıq bu ərazilərə biznes imkanları prizmasından baxır: "Yeni bazarlar, yeni istehsal sahələri, xidmət və logistika imkanları tədricən formalaşır. Burada məqsəd yaşayışla iqtisadiyyatın paralel inkişaf etdiyi dayanıqlı model qurmaqdır. Bu modeldə kiçik və orta biznes əsas dayaqlardan biri kimi çıxış edir".
"KOBİA olaraq biz bu prosesdə sahibkarın yanında olmağı prioritet hesab edirik. Məqsədimiz təşəbbüslərin təşviqi ilə yanaşı, onların real iqtisadi dövriyyəyə çevrilməsinə dəstək verməkdir. İşğaldan azad olunmuş ərazilərlə bağlı KOBİA ya daxil olan minlərlə müraciət bunu açıq şəkildə göstərir. Bu müraciətlər sahibkar marağının ölçüsünü və bazarın gözləntisini əks etdirir", - deyə, Orxan Məmmədov deyib.











