Sahibkarlığın İnkişafı Fondunun (SİF) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “Sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda növbəti görüş keçirilib.
Qarabağda yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHI
Fonddan FED.az-a bildirilib ki, görüş çərçivəsində “Marsol Group”un üzvü olan sahibkarlara SİF-in güzəştli kredit mexanizmi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.