İT milyarderi Peter Thiel «PayPal» işçilərinə ayda 1000 dollar adi bonus təklif edib - bir şərtlə onlar ofisin yaxınlığında yaşamalıdırlar.
Rusiyanın ən varlı iş adamlarının sərvəti - 32 MİLYARD DOLLAR ARTIB
FED.az xəbər verir ki, bu barədə Peter Thielitn şirkətində beş il işləmiş vençur kapitalisti Maykl Gibson özünün “Alov Kağız Kəməri: Kül Dövründə Tərəqqi üçün Mübarizə” kitabında yazıb. O bildirib ki, milyarder özü San-Fransisko ofisindən təxminən 400 metr aralıda yaşayırdı və yaxınlıqda yaşayan işçiləri həvəsləndirirdi.
Thiel işçilərə bonus verirdi ki, onlar "böyük ehtimalla işdə gec qala bilsinlər» və "həftə sonları ortaya çıxa bilən sürpriz görüşlərdə" yaxınlıqda olsunlar.
Michael Gibson deyir ki, işçilər ofisdən yarım mil (800-900 metr) radiusda yaşayırlarsa, onlara aylıq əlavə 1000 dollar icarə haqqı verilirdi.
«Bunun bir xeyri də o oldu ki, işdən sonra hamımız içki içib söhbət etmək, musiqi dinləmək, deyib gülmək üçün eyni yeməkxanalara gedirdik. İşçilərin müavinətləri baxımından mən bu addımın müdrik olduğunu düşünürdüm».
Qeyd edək ki, milyardçı, Peter Thiel 10 milyard dollar xalis sərvəti ilə Bloomberg Milyarderlər İndeksində 217-ci yerdədir.