“Bank Olmayan Kredit Təşkilatı “İnternational” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 5 000 (beş min) ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxır.
FED.az bu barədə BOKT-un emissiya prospektinə istinadən xəbər verir.
Təklifin məqsədi kredit məhsullarına tələbin artması fonunda emitent istiqraz buraxmaqla daha sərfəli şərtlərlə vəsait cəlb edib və əhalinin kredit tələblərini təmin etməklə öz mövqeyini qoruyub artırması və mənfəətin əldə edilməsidir.
Anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti”dir.
istiqrazların tədavül müddəti 24 ay, illik gəlirliliyi 15%-dir