“İmişli-Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 15 may 2026-cı il tarixində saat 17:00-da İmişli şəhəri, A.Ələsgər küçəsi 21 ünvanında yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə “İmişli-Avtonəqliyyat” ASC-nin 2025-ci il üzrə illik hesabatının təsdiq edilməsi məsələsi daxil edilib.












