Amerikalı milyarder İlon Mask dünyanın ən varlı insanlarının siyahısında birinci yeri tutur.
Mask dünyanın ən ağıllı süni intellektini istifadəçilər üçün pulsuz etdi
FED.az xəbər verir ki, “The Wall Street Journal” nəşrinə görə, ABŞ Hökumətinin səmərəliliyi departamentinin rəhbəri İlon Mask “Altrata” şirkətinin eksklüziv versiyasında milyarderlər reytinqinə başçılıq edir. 2025-ci ilin fevralına olan məlumata görə, onun sərvəti 419,4 milyard dollar həcmində qiymətləndirilir.
Reytinqdə İlon Maskın ardınca “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos 263,8 milyard dollarla ikinci, fransız lüks mallar istehsalçısı LVMH-nin sahibi Bernar Arno 238,9 milyard dollarla üçüncü, ABŞ-ın proqram təminatı sahəsində ixtisaslaşan “Oracle” korporasiyasının həmtəsisçisi Larri Ellison 237 milyard dollarla dördüncü, “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq 220,8 milyard dollarla beşincidir. “Google” şitkətinin həmtəsisçisi Sergey Brin isə 160,5 milyard dollarla altıncı yerdə qərarlaşıb.
Nəşrin məlumatına görə, dünyanın ən zəngin 24 adamının ümumi sərvəti 3,3 trilyon dollara çatıb. Onlardan 16-nın sərvəti 100 milyard dollardan çoxdur. (Azərtac)