2019-cu ilin yanvar-iyul dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 milyard 701 milyon 383 min ABŞ dolları təşkil edib. FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 7 ayda idxalın məbləği 8 milyard 433 milyon 668 min dollar, ixracın həcmi 12 milyard 267 milyon 714 min dollar, saldo müsbət 3 milyard 834 milyon dollar təşkil edib. İllik müqayisədə (ötən ilin 7 ayı ilə) idxal 42%, ixrac isə 14,1% artıb, saldo isə 4,2% azalıb.
İyul ayında Azərbaycanın ixracı 2 milyard 288 milyon 251 min dollar təşkil edib. Bu, İyun ayı ilə müqayisədə 1,7 dəfə çoxdur. İyunda ixrac 1 milyard 358 milyon 574 min dollar təşkil etmişdi. İyun ayı ilə müqayisədə iyulda idxal da artıb. Aylıq müqayisədə idxal 20% artaraq 1 milyard 417 milyon 438 min dollar təşkil edib.