Azərbayxanda bu ilin yanvar-may aylarında ən çox məhsul ixrac edən şirkətlərin siyahısı açıqlanıb. FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2018-ci ilin iyun ayı üçün “İxrac İcmalı”na istinadən xəbər verir ki, siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Kapitan Fruits" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, "Sun Food" MMC, "Metalçılar-2" MMC təmsil olunub.
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” ilk 5 ayda ölkədən 43,6 milyon dollar ixrac edib, bu əvvəlki illə müqayisədə 15,6 milyon dollar artıqdır.
Ümumiyyətlə, bu dövrdə 10 şirkətdən 8-i ötən illə müqayisədə ixracı artırıb, 2 şirətdə isə ixrac azalıb. İxracı azalan şirkətlər "Baku Steel Company" və "Sun Food"-dur.