2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycandan ixrac olunun malların çeşidi 9% faiz artıb.
FED.az ötən ilin "İxrac İcmalı"na istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqində “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi yenə liderdir. 2017-ci ildə qeyri-neft sektoru üzrə özəl ixracatçı şirkətlərin siyahısında ilk onluq belədir:
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 83,4 mln $,
“Baku Steel Company” MMC -60 mln $,
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 40.2 mln $,
“Sun Food” MMC - 28.5 mln $,
“MKT İstehsalat Kommersiya” MMC - 27.8 mln $,
"Aqrodoctor" MMC - 26.1 mln $,
"VN Food Export Import Company" MMC - 23.8 mln $,
"Azagroeksport 2017" MMC - 23.3 mln $,
“Food Export Şəmkir” MMC - 20.2 mln $,
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC - 19.6 mln $.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın törəməsi başçılıq edir:
ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” - 155 mln $,
“Det-al Alüminium” MMC - 103.5 mln $,
“Azergold” QSC - 77.3 mln $,
“Azərenerji” ASC - 50 mln $,
“SOCAR Methanol” MMC - 43 mln $,
“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC - 32.3 mln $,
“Geofizika və Geologiya İdarəsi” - 3.7 mln $,
"Azərbaycan Hava Yolları" QSC - 1.7 mln $),
“Naxçıvan MR Dövlət Energetika Xidməti” - 1.2 mln $,
“Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC - 0.76 mln $.
“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, “Azərkosmos” ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac etməkdədir. 2017-ci ilə olan məlumata görə, peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 14 milyon ABŞ dolları, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 milyon ABŞ dolları gəlir əldə edib. Ümumilikdə “Azərkosmos” ASC tərəfindən 2017-ci ildə 23 milyon ABŞ dolları dəyərindən xidmət ixracı həyata keçirilib.
İxracda öndə olan şirkətlərin - SİYAHISI
13:47
18 Yan 2018