Kiçik və Orta Biznes Subyektləri Və Klublarının Assosiasiyası (KOBSKA) və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə “İxracat və Ticarət Forumu-2022” (TEF-2022) təşkil olunacaq.
30 noyabr tarixində Baku Marriott Boulevard Hoteldə baş tutacaq forumun məqsədi yerli və xarici ixracatçıların yeni bazarlara giriş imkanlarının genişləndirilməsidir. Forum çərçivəsində “ixracatda və idxalatda dövlətin funksiyası”, “xarici bazarlar və onlara çıxış imkanları, “ixrac və idxal təcrübəsi və mövcud modellər” mövzularını əhatə edən 3 panel sessiyası keçiriləcək.
Forumda dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin ticarət palatalarının nümayəndələri, media nümayəndələri və müxtəlif sahədə fəaliyyət göstərən ixracat və idxalatla məşğul olan 150 sahibkarın iştirakı plandaşdırılıb.
Forumda iştirak etmək istəyən sahibkarların qeydiyyatdan keçməsi vacibdir.
Qeydiyyat linki: https://bit.ly/3DsNge2