İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Kapital Bank"la birgə "İxrac əməliyyatlarında maliyyə dəstəyi" mövzusunda təlim keçirib.
Mərkəzdən FED.az-a bildiriblər ki, maarifləndirmə xarakteri daşıyan təlim zamanı iştirakçılara nəzəri məlumatlar verilib və maliyyə dəstəyindən praktiki istifadə qaydalarından bəhs edilib. Tədbir çərçivəsində xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, ixrac fəaliyyətinə yönəlik kreditlər və digər mövzularla bağlı sahibkarlara ətraflı məlumat verilib.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, Azərbaycanda xarici ticarət əməliyyatlarında önəmə malik olan ixrac kreditləri, akkreditiv və faktorinq kimi maliyyə alətlərin ixracatçılar tərəfindən istifadəsi üçün geniş imkanlar var: "Ölkəmizdə ixracatçılar üçün hərtərəfli şərait və potensialın olmasını nəzərə alaraq, müasir ticarət-maliyyə alətlərindən istifadəni artırmaq və sahibkarların daha artıq məlumatlılığını təmin etmək üçün sözügedən xidmətlər üzrə təlimlərin aparılmasına ehtiyac var.